“Baykar” Afrikada PUA istehsalına 250 milyon dollar sərmayə qoyacaq

22.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 22 fevral, AZƏRTAC

Dünyanın ən böyük hücum dronları istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti Mərakeşdə istehsal müəssisələrinin yaradılması layihəsinə 250 milyon dollar sərmayə qoymağı planlaşdırır.

AZƏRTAC “Türkiye” qəzetinə istinadən xəbər verir ki, “Baykar”ın Afrika qitəsindəki ilk törəmə şirkəti bu il “Atlas Defense” adı altında fəaliyyətə başlayacaq.

Nəşrin məlumatına görə, “Atlas Defense” şirkətinin yaradılması ilə bağlı razılaşma 2024-cü ildə əldə edilib və ilk PUA-lar bu ilin sonuna qədər Mərakeşin Ben Sliman şəhərində konveyerdən çıxacaq. “Atlas Defense” şirkəti artıq işçilərin qəbuluna başlayıb.

Həmçinin Mərakeşdə “Bayraktar TB2” və “Akıncı” hücum PUA-ların istehsal edilməsi planlaşdırılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью