“Baykar” yeni PUA sını sınaqdan keçirdi

28.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin “Baykar” şirkəti “Bayraqdar Qızılalma PT-3”ün uçuş sınaqlarını uğurla davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə “Baykar” X sosial şəbəkə hesabında məlumat yayıb.

“Baykar”ın tamamilə öz resursları ilə hazırlanan PUA aerodinamik sistem identifikasiya testindən uğurla keçib. Təkirdağın Çorlu rayonundakı “Akıncı” Uçuş Tədris və Sınaq Mərkəzindən havaya qalxan PUA istehsalı prototipi orta hündürlükdə 53 dəqiqəlik uçuşu tamamlayıb”, - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью