Bayquşlar qartallar ı qonaq edir

15.03.2025

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer liqasının XXVII turunun ikinci oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" "Zirə"ni qonaq edir.

"Araz-Naxçıvan" dünən xal itirdiyindən Rəşad Sadıqovun komandası bu gün meydandan qələbə ilə aylacağı təqdirdə ən yaxın izləyicisi ilə arasındakı xal fərqinin 7-yə çatdıra bilər. Meydan sahibləri üçün isə fərqi yoxdu. İstər qələbə qazansa, istərsə də xal itirsə belə bu bayquşlar"ın turnir cədvəlində mövqeyinə təsir etməyəcək.

Qeyd edək ki, turun digər iki qarşılaşması - "Turan Tovuz" - "Sumqayıt" və "Səbail" -  "Neftçi" görüşləri sabah keçiriləcək.

Misli Premyer Liqası

III dövrə, XXVII tur

19:30. "Sabah" - "Zirə"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью