Bayquşlar qartallar ın qonağıdır

17.05.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün start götürəcək Misli Premyer Liqasının 35-ci turunun daha bir qarşılaşması "Zirə"də baş tutacaq. Sport24.az xəbər verir ki, qəsəbənin eyniadlı təmsilçisi "Sabah"la üz-üzə gələcək.

"Qartallar" artıq "gümüş"ü təmin etdiyindən bu matçın onlar üçün xüsusi əhəmiyyəti qalmayıb. "Bayquşlar"ın isə hələ də  dördüncü olmaq şansı var. Bunun üçün Vasili Berezutskinin yetirmələri bu matçdan qələbə ilə ayrılmaqla yanaşı, "Turan Tovuz"un Sumqayıtda məğlub olmasına ümid etməlidir. 

Qeyd edək ki, turun digər 2 oyunu sabah keçiriləcək.

Misli Premyer Liqası

IV dövrə, XXXV tur

17:00. "Zirə" - "Sabah"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə. İdman Kompleksinin stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью