sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının I dövrəsinə Mərdəkanda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Sabah" 11-ci tur çərçivəsində "Sabah Arena"da "Şamaxı"nı qəbul edir.
ötən tur mövsümdə ilk məğlubiyyət acısı dadan meydan sahibləri bu gün qalib gələcəyi təqdirdə turnir cədvəlinin 2-ci pilləsinə yüksələcək. Bir oyunu təxirə salınan "bayquşlar" hazırda 20 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.
"Şamaxı" isə çətin Bakı səfərində heç-heçə etsə və ya qələbə qazansa belə turnir cədvəlində mövqeyini dəyişməyəcək. Azər Bağırovun baş məşqçi olduğu kollektiv 13 xalla 7-ci yerdədir.
Qeyd edək ki, Premyer Liqada 12-ci tura noyabrın 20-də start veriləcək.
Misli Premyer Liqası
I dövrə, XI tur
17:30. "Sabah" - Şamaxı"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı
VAR: Rəvan Həmzəzadə
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mərdəkan. "Sabah Arena".