Bayquşlar şirlər ə qarşı

09.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Misli Premyer liqasında 34-cü tura start veriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Masazırda keçiriləcək.

"Sabah" "doğma divarlar" arasında "Şamaxı"nı qəbul edir. Bu oyun hər iki komanda üçün formal xarakter daşıyır. Nə "bayquşlar"ın, nə də "şirlər" heç bir turnir hədəfi qalmayaıb. Tək motivasiya mövsümü bacardıqca yüksək pillədə başa vurmaqdır.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri baş tutacaq.

Misli Premyer liqası

IV dövrə, XXXIV tur

19:00. "Sabah" - "Şamaxı" 

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью