Bayquşlar süvarilərə qarşı

07.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XVI turunun ilk oyun gününə Masazırda yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun mərkəzi matçında "Sabah" "Qarabağ"la üz-üzə gələcək. 

Hazırda Ağdam klubu 37 xalla turnir cədvəlinə başçılıq edir. "Sabah" isə 22 xalla beşinci pillədə qərarlaşıb. 

Ötən tur Vasili Berezutskinin rəhbərliyi altında çempionatda ilk oyununa çıxan "bayquşlar" 7 matçlıq qələbə həsrətinə son qoydu. 

"Süvarilər" isə son 3 turu maksimum nəticə ilə başa vurub. Qurban Qurbanovun komandası sonuncu dəfə 12-ci turda "Turan Tovuz" səfərində xal itirib (0:0). 

Qeyd edək ki, bu komandaların ilk dövrədəki oyununda "Qarabağ" 3:2 hesabı ilə qalib gəlib.  

Misli Premyer Liqası

II dövrə, XVI tur

18:00. "Sabah" - "Qarabağ"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev 
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Masazır. "Bank Respublika Arena"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью