Bayrağa hörmətsizlik etdi, polis hərəkətə keçdi VİDEO

01.05.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sosial şəbəkədə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aprelin 29-da çəkilən videoda həmin şəxsi görən vətəndaşların ona irad tutduğu görünür.

Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağı öpərək üzrxahlığını bildirib.

Hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Görüntülərlə bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. Həmin şəxs barəsində məsuliyyət tədbiri görüləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью