“Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir” devizi ilə veloyürüş təşkil olunacaq

07.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir" veloyürüşü keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.

Noyabrın 9-da, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək veloyürüş Zəfər Parkınadək davam edəcək.

Tədbirdə istənilən şəxs iştirak edə bilər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью