BAYRAĞIMIZA QARŞI HÖRMƏTSİZLİK Bakının girişində dalğalanan bayraq günlərdir yararsız vəzi…
Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Bayraqları bayraq yapan üstündəki qandır, Toprak, əğər uğrunda ölən varsa, Vətəndır”.
Bəli, bu məşhur şeirdə də deyildiyi kimi, bayraq üzərindəki şəhid qanı ilə ucalır və dövlətin 3 rəmzindən birinə çevrilir.
Uçalan bayraq bir daha enməsin deyə uğrunda savaşlar, müharibələr çıxır, minlərlə, onminlərlə insan həlak olur.
Yəni bayrağın hər bir xalqın həyatında önəmi bu qədər böyükdür.
Çox təəssüf ki, Azərbaycanda bəzən bayrağımıza qarşı hörmətsizliyin şahidi oluruq.
Ən üzücüsü isə odur ki, bu hörmətsizlik əksər hallarda rəsmi qurumlar, yaxud rəsmi şəxslər tərəfindən edilir.
Elə, bu gün paytaxtın qərb girişində - Bayraq Meydanında ucaldılan ölkənin ən böyük bayrağının yarasız halda olması da dövlət rəmzimizə sayğısızlığın bariz nümunəsidir.
Tam oxu
Xəbəri oxu