Bayrağımızın mənasını bilmirlər Müğənniləri tənqid etdi

18.06.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Əməkdar artist Şəbnəm Tapdıq bəzi həmkarlarını tənqid edib.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi bəzi ifaçıların üçrəngli bayrağımızın mənasından xəbərsiz olduğunu bildirib:

"Bəzən ifaçılardan Azərbaycan bayrağındakı rənglərin nəyi tərənnüm etdiyini soruşuram, bilmirlər. Ayıb deyil? Azərbaycan vətəndaşı hər şeydən əvvəl bayrağımızın mənasını bilməlidir. Məşhur adam, müğənni bunu bilməlidir. Mən hətta türkün bayrağının necə yarandığını da bilirəm. Səfərlərə gedəndə mənə deyirdilər ki, ərizəmi yaz".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью