Bayraktar Akıncı nın yenilənmiş sistemlə test uçuşu VİDEO

13.12.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin “Baykar” şirkəti tərəfindən istehsal edilən “Bayraktar Akıncı” PUA-sı yeni “ASELFLIR-600” müasir kamera sistemləri ilə təchiz olunduqdan sonra test uçuşu keçirib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, nümayiş olunan yeni qurğu gecikmədən və istiqamət vermədən hərəkətə keçə bilən müdafiə ekosisteminin məhsuludur.

“Yerli istehsal olan “ASELFLIR-600″ dünyanın ən qabaqcıl elektro-optik məhsulları arasındadır. Etibarlılığı və performansı ilə bu sahədə özünü sübut edib”, – deyə Görgün bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью