Bayraktar: “Nsosyal” Türkiyənin sosial media platforması olacaq

25.08.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Avqustun 30-da Zəfər Günü ilə bağlı təşkil ediləcək tədbirdə Mavi Vətən çərçivəsində yarışlar keçiriləcək. Tədbirdə texnologiya sahəsindəki gənclər də iştirak edəcəklər.
Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə TEKNOFEST İdarə Heyətinin sədri və Türk Texnologiya Komandası Vəqfi Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar danışıb.
Onun sözlərinə görə, TEKNOFEST nəsli texnologiyanın bütün digər sahələrində hökmran olacaq, bütün dost və qardaş ölkələrlə birlikdə tam müstəqillik və firavanlıq yolunda yeni dünya quracaq.
S. Bayraktar TEKNOFEST nəslinin son yaradıcılığı olan “Nsosyal”ın Türkiyənin sosial media platforması olacağını bildirib.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью