Bayraktar rusiyalı həmkarı ilə görüşdü

20.06.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Türkiyə Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Rusiya Energetika Naziri Sergey Tsivilev ilə Türkiyə və Rusiya arasında mövcud enerji layihələri müzakirə etdiklərini bildirib.

News24.az xəbər verir ki, Bayraktar, X (keçmiş Twitter) sosial media hesabında etdiyi paylaşımda, Rusiyada keçirilən 28-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Tsivilev ilə bir araya gəldiklərini qeyd edib və bunları yazıb:

"Görüşümüzdə regional və qlobal miqyasda baş verən hadisələrin enerji bazarlarına təsiri və enerji təchizatında təhlükəsizliyin strateji əhəmiyyəti müzakirə olundu. Ölkələrimiz arasında həyata keçirilən mövcud layihələrin vəziyyəti və qarşıdakı dövr üçün yeni əməkdaşlıq sahələri də əsas müzakirə mövzularımızdan biri oldu".

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью