Bayraktar TB3 dünya aviasiya tarixinə düşməyə nail oldu

20.11.2024

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

"Bayraktar TB3" pilotsuz uçuş aparatı qısa uçuş zolağı olan gəmidən eniş və qalxış edən ilk PUA kimi dünya aviasiya tarixinə düşməyə nail oldu.

SİA-nın əldə etdiyi məlumata görə, PUA "TCG Anadolu" hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurdu.

Test uçuşu ilə həm aviasiya, həm də dənizçilik tarixində yeni bir dövrün qapıları açıldı.

Qeyd edək ki, "Bayraktar TB3" indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb.

Türkiyənin milli PUA-sı 2023-cü ilin dekabrın 20-də həyata keçirilən uzun uçuş testində yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью