Bayraktaroğlu Suriyaya səfər etdi

06.12.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu Suriyaya səfər edib.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordu generalı Selçuk Bayraktaroğlu paytaxt Dəməşqdə Suriya müdafiə naziri general-leytenant Murhaf əbu Kəsra və Baş Qərargah rəisi general-leytenant Əli Nurəddin Nasan ilə görüşüb.

Görüşdən sonra nümayəndə heyəti Türkiyə-Suriya birgə əməliyyat mərkəzinə baş çəkib. Bayraktaroğlu Türkiyənin Suriyadakı səfiri Burhan Köroğlu və hərbi attaşe ilə birlikdə Suriya İnqilabı Hərbi Sərgisinə də baxış keçirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью