Bayram Əhmədov həbs olundu; “Chevrolet”lə avtoşluq edirmiş VİDEO

13.06.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib. Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edən “Chevrolet” markalı nəqliyyat vasitəsinin sürücüsü Bayram Əhmədov saxlanılıb. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü B.Əhmədovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью