Bayram ərəfəsində təhlükəli əməliyyatın qarşısı alındı

19.11.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Göygöl rayonunda qanunsuz dövriyyəyə çıxarılmaq istənilən 23 mindən çox pirotexniki vasitə aşkarlanaraq götürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Komitənin əməliyyat struktur bölmələri tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. ShopByBro

Gömrük əməkdaşlarının Göygöl rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı 28 adda, ümumilikdə 23 353 ədəd müxtəlif növ pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью