Bayram gecəsi ağır qəza FOTO

01.01.2025

Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tovuzda ölümlə nəticələn ağır yol qəzası olub.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "BWM" markalı maşınla "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəzadan sonra "BMW" yol kənarında dayanan piyadanı vurub.

Məlumata görə, ölən piyada Tovuz rayonunun Əlimərdanlı kənd sakini 1955-ci il təvəllüdlü Tağıyev Həmid Şirin oğludur.

Piyada hadisə yerində ölüb, xəsarət alan 4 nəfər - 2008-ci il təvəllüdlü qardaşlar E. Tağıyev və 1999-cu il təvəllüdlü E.Tağıyev, 1991- ci il təvəllüdlü E. Tağızadə və 1965 ci il təvəllüdlü V. Yusifov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью