Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Martın 21-də Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi baş verib.
Bayram günü evi yanan kişi pulunun və qızıllarının oğurlandığını iddia edir.
Redaktor.az “APA TV”yə istinadən xəbər verir ki, ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvan rayonunda olduğunu bildirib.
Onun sözlərinə görə, yanğından sonra qızıl-zinət əşyalarını və pulları yerində tapmayıb: “Mən rayona getmişdim.
Zəng etdilər ki, eviniz yanır. Yanğın hadisəsi də elə qızılın və pulun olduğu yerdə olub. Mən oğurluqdan şübhələnirəm.
Qızıl və pulun olduğu rəfdəki köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki?!” S.
Cumerdov oğruların evə eyvandan girməsindən şübhələndiyini də sözlərinə əlavə edib: “Hadisə gecə saatlarında olub. Hava da yağışlı idi.