Bayram günlərində 13 nəfər zəhərləndi biri siçan dərmanı yeyib

05.01.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bayram günlərində 13 nəfər zəhərlənib.

Lent.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib ki, bayram tətili günlərində (31.12.2025-05.01.2026-ci il tarixinə qədər) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 13 müraciət daxil olub.

Müraciət edənlərdən 4-ü dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 1-i yandırıcı məhlul, 6-sı isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Ölüm faktı qeydə alınmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью