Bayram günlərində Bakıdan daşınan sərnişinlərin sayı açıqlanıb

07.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

5-6 iyun tarixlərində Bakıdan bölgələrə 605 reys həyata keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bu müddətdə 20 554 sərnişin daşınıb.

Qeyd olunub ki, adi günlərlə müqayisədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 205 əlavə reys təşkil olunub. 38% sərnişin biletini onlayn qaydada “biletim.az” üzərindən əldə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью