Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Bakı Metropolitenindən bildirilib.
Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərinin hərəkət cədvəlinə uyğun fəaliyyət göstərəcək.
Qeyd olunub ki, zərurət yarandığı təqdirdə xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.