Bayram günlərində gələn təhlükə: Azərbaycanda nə baş verəcək?

06.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, BDU-nun Astrofizika kafedrasının məlumatına əsasən, 9-12 noyabr tarixlərində Azərbaycanda güclü geomaqnit qasırğası gözlənilmir.

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthinin müxtəlif bölgələrində M sinif alışmalar qeydə alınsa da, onların Yerə təsir göstərməsi gözlənilmir. pizza

Bildirilib ki, noyabrın 12-dək geomaqnit sahənin normal fon səviyyəsində, orta coğrafi enliklərdə isə sakit olacağı proqnozlaşdırılır.

Geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq sistem üzrə noyabrın 9-10-da 4-3, 11-12-də isə 3-2 intervalında dəyişəcək. Yüksək coğrafi enliklərdə bu göstəricinin 4-5 aralığında olacağı gözlənilir.

Proqnoza görə, qeyd olunan tarixlərdə Azərbaycan ərazisində geomaqnit sahəsi əsasən stabil və ya zəif həyəcanlaşmış səviyyədə olacaq. Güclü və ya dağıdıcı geomaqnit qasırğasının baş vermə ehtimalı isə olduqca aşağıdır.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью