Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bayram günlərində (6-9 iyun) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, həmin şəxslərdən üçü sirkə turşusundan, beşi dərmandan, biri ilan sancmasından, biri allergik reaksiyadan, biri isə fosfor üzvi birləşmələsindən zəhərlənib.
Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ölüm halı qeydə alınmayıb.