Bayram günlərində Naxçıvanda 56 yanğın olub

01.04.2025

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) 56 yanğın olub, 1 hərbi sursat aşkar edilib. Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında qurumun aidiyyəti strukturları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 56 yanğına çıxış, 1 köməksiz vəziyyətdə qalma və 1 hərbi sursatın aşkar edilməsi faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью