Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI

10.06.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Bayram günlərində (6-9 iyun) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, həmin şəxslərdən 3-ü sirkə turşusundan, 5-i dərmandan, 1-i ilan sancmasından, 1-i allergik reaksiyadan, 1-i isə fosfor üzvi birləşmələsindən zəhərlənib.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ölüm halı qeydə alınmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью