Icma.az, Azxeber.com saytına istinadən bildirir. Azərbaycanda 8-10 noyabr tarixlərində müşahidə ediləcək hava şəraiti açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir.
Noyabrın 9-da yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.
Bundan başqa, noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.