Bayram günü ailə faciəsi Ölən və yaralanan var

06.06.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Ruhi-əsəb xəstəsi olan 31 yaşlı K.Namazov daha sonra yaşadıqları evi yandırıb.

55 yaşlı S.Həsənova xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Oğul polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью