Bayram günü işə çıxanlara nə qədər maaş verilməlidir? | Icma.az
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda iş günü hesab olunmayan bayram günlərində işçilərin işə cəlb edilməsi qadağan olunsa da, burada istisnalar var.
Onlara fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində çalışanlar aiddir.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, həmin günlərdə işləməyə görə onlara əlavə əməkhaqqı verilməlidir.
Bəs əlavə ödənişin məbləği nə qədər olmalıdır? Azərbaycanda 15 bayram olsa da, onun 12-sinə təsadüf edən günlər qeyri-iş günü hesab olunur.
İş günü hesab olunmayan bayram günləri aşağıdakılardır: Yeni il bayramı (Yanvarın 1 və 2-si); Beynəlxalq Qadınlar Günü (Martın 8-i); Faşizm üzərində Qələbə günü (Mayın 9-u); Müstəqillik Günü (Mayın 28-i); Azərbaycan Xalqının Milli Qurtuluş Günü (İyunun 15-i); Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü (İyunun 26-sı); Zəfər Günü (noyabrın 8-i); Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (Noyabrın 9-u); Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (dekabrın 31-i); Novruz bayramı - 5 gün; Qurban bayramı - 2 gün; Ramazan bayramı - 2 gün.
Əmək Məcəlləsinə görə, bayram günləri görülən işə görə əməkhaqqı vaxtamuzd (faktiki iş saatlarına görə) ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamalıdır.
Bayram günləri işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Tam oxu
Xəbəri oxu