Bayram günü kabab bişirmək istəyi onlara baha başa gəldi Xəstəxanalıq oldular

27.05.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurublar.

Nəticədə benzin partlayışa səbəb olub. Hadisə zamanı 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızı və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanalya yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью