Bayram günü spirtli içkidən zəhərlənib öldü

23.03.2025

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Beyləqanda spirtli içkidən zəhərlənən şəxs ölüb.

Ölkə.az xəbər verir ki, bu barədəTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Martın 20-də saat 15:00-da zəhərlənmə şübhəsi ilə 1967-ci il təvəllüdlü (kişi cinsli) şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş spirtin toksik təsiri diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 16:20-də ölüm faktı qeydə alınıb”, - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью