Bayram günü zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb

03.01.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bayram günü (31.12.2024-cü il) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью