Bayram günündə Narini unutmadılar FOTO

31.03.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Diyarbəkirdə ailəsi tərəfindən qətl edilən Narinin dostları Ramazan Bayramının ilk günü Narin Güranın məzarını ziyarət ediblər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir kii, sinif yoldaşları və dostları Narinin məzarı başında dualar oxuyub.

Dostları adətə uyğun olaraq Narinin məzarı üzərinə gül-çiçək və bayram konfetləri qoyublar.

Xatırladaq ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılmışdı. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanmışdı. İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub.

Aysel


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью