Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qəsəbədəki evlərin birində qeydə alınıb.
Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 34 yaşlı Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs isə qardaşıdır.