Bayram Səfərovun bacısına vəzifə verildi

10.07.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəmalə Səfərova Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Kəmalə Səfərova uzun illər Bakının Yasamal rayonunda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb. O, ötən ilin may ayında istifadəyə verilən Şuşa Müalicə-Sağlamlıq Mərkəzinə rəhbərlik etmək üçün fəaliyyətini bundan sonra Şuşa şəhərində davam etdirəcək. pizza hut

Bakıda fəaliyyət göstərən Şuşa Rayon Mərkəzi Xəstəxanasına isə müəssisənin baş həkimi Mətanət Bünyadova rəhbərlik edəcək.

K.Səfərova Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun bacısıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью