Icma.az, Saglamolun portalına istinadən məlumat verir. Xəstəliklərin yaranma səbəbləri arasında birinci yerdə stress, ikinci yerdə isə qeyri
Bunlar da bir-birilə əlaqəlidir. Çünki insanların əksəriyyəti stressi qidalanma ilə neytrallaşdırmaq istəyirlər.
Nə yediyimizdən çox, necə yediyimiz də önəmli faktordur. Buna da xüsusi diqqət etməliyik”.
Bunu Medical Media-ya açıqlamasında həkim-terapevt Fikriyyə İbrahimli deyib.
Mütəxəssis bildirib ki, ayaqüstü və tələsik qidalanma çox zərərlidir.
Sağlam qidalanma sakit şəraitdə, yavaş-yavaş və azçeşidli təamlarla olur.
Hətta yemək zamanı süfrənin səliqə ilə gözəl bəzənməsi də sağlam qidalanmanın bir hissəsi hesab edilir.
Hətta yemək zamanı mənzərənin və masa arxasında birlikdə əyləşdiyin insanların ürəyincə olması da vacibdir.