Bayram süfrəsi üçün balığı necə seçmək lazımdır?

18.12.2025

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Balıq Yeni il süfrəsində özünəməxsus yer tutur. Balıq yalnız əsas yeməklərdə deyil, həm də qəlyanaltılarda, salatlarda və sendviçlərdə də istifadə olunur.

AzPost-un məlumatına görə, qida sənayesi üzrə ekspert Sergey Malikov RİA Novosti-yə ziyafət üçün ən yaxşı balığı necə seçmək barədə danışıb.

“Duzun miqdarına diqqət yetirmək vacibdir. Duz mayeni saxlayır ki, bu da spirtlə birlikdə ürək və böyrəklərdə şişkinliyə və gərginliyə səbəb ola bilər. Həmçinin, tərkibində yüksək miqdarda kanserogenlər, ətirvericilər və qoruyucu maddələr olduğu üçün duza qoyularaq qurudulmuş balıqdan çəkinməyi məsləhət görürəm”, – deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, soyudulmuş və ya dondurulmuş halda qızılbalıq, alabalıq və çəhrayı qızılbalıq almaq daha yaxşıdır. Bununla belə balığın sarı rəngdə və ya üstündə ləkə və gözlərinin bulanıq olmadığından əmin olmalısınız.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью