Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çində "Ən kütləvi bayram yürüşü" Ginnesin Rekordlar Kitabına düşüb. "Yüz əjdaha ilə min şir bahar bayramını qarşılayır" adlanan festivalda 3500-dən çox insan iştirak edib.
Reyting.az-ın məlumatına görə, bəzi əyalətlərdə olduğu kimi bu dəfə Çinin şimal-qərb bölgəsindəki Tsinxay əyalətində, Haydun şəhərində baş tutan bu böyük şənlik tədbirinə təxminən 3456 nəfər adam qatılıb ki, bununla da "Ən kütləvi bayram yürüşü" nominasiyası üzrə yeni Ginnes rekordu rəsmiləşdirilib.
Çinin "Xuançyuvan" saytının iddiasına görə, hətta "Yüz əjdaha ilə min şir bahar bayramını qarşılayır" adlı festivala qatılan iştirakçıların ümumilikdə sayı 4000 nəfəri də ötüb.
Oqtay QORÇU