Bayram tətili günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub | …
Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Yeni il ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Respublika üzrə təcili tibbi yardım xidmətinə tətil günlərində (30.01.2024 - 05.01.2025-ci il tarixlərində) ümumilikdə, 39 881 çağırış daxil olub.
Onlardan 18 597-si paytaxt Bakı üzrə, 21 284-ü isə bölgələrdə qeydə alınıb.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Hospitalizasiya olunanlardan 1 321 nəfər Bakı üzrə, 1 835 nəfər isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2025-ci il tarixində Bakı şəhəri üzrə qeydə alınıb.
Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Tam oxu
Xəbəri oxu