Bayram tonqalına 6 uşaq düşüb

19.03.2025

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.



"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.03.2025-ci il tarixində saat 19:30-dan etibarən Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən tonqalda xəsarət alma ilə bağlı 6 müraciət daxil olub".

Məlumatda qeyd olunub ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

"Xəsarət alan 8 yaşlı (qadın cinsli) azyaşlı hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı (kişi cinsli) azyaşlılara isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. İki azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью