Bayram vaxtı bu ərazidə yaşayanlar SUSUZ QALDI

21.03.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə BAKU.WS-ə Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib.

"Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir-bərpa işləri aparır.

Bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart tarixdə saat 22:00 dan, 22 mart tarixi səhər saatlarına qədər dayandırlacaq", – məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью