Bayrama görə müharibəni dayandırdılar

19.03.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pakistan hakimiyyəti Ramazan bayramı münasibətilə Əfqanıstanla hərbi münaqişəni dayandırdığını bəyan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə informasiya və teleyayım naziri Ataulla Tarar sosial şəbəkə hesabında status paylaşıb.

Atəşkəs bu gecə qüvvəyə minib və martın 23-dən 24-ə keçən gecə başa çatacaq.

Qeyd edək ki, rəsmi İslamabad bu qərarı Səudiyyə Ərəbistanı, Qətər və Türkiyənin təklifindən verib.
L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью