Bayramda Bakıdan nə qədər sərnişin daşınıb?

07.06.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

5-6 iyun tarixlərində Bakıdan bölgələrə 605 reys həyata keçirilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bu müddətdə 20 554 sərnişin daşınıb.

Qeyd olunub ki, adi günlərlə müqayisədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 205 əlavə reys təşkil olunub. 38% sərnişin biletini onlayn qaydada “biletim.az” üzərindən əldə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью