Bayramda əfv gözlənilirmi? Gələn il...

27.11.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ölkədə bayramlar ərəfəsində əfv sərəncamının olması bir ənənəyə çevrilib. Qarşıdan isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Həmin bayram ərəfəsində növbəti əfv sərəncamı gözlənilirmi?

Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, bununla bağlı hər hansı rəsmi məlumat yoxdur:

“Doğrudur, Azərbaycanda əlamətdar günlər ərəfəsində əfv sərəncamlarının imzalanması təcrübəsi var. Amma buradan belə nəticə çıxarmaq olmaz ki, hər bayram ərəfəsində mütləq əfv sərəncamı imzalanmalıdır.

Əfv dövlət başçısının müstəsna konstitusion səlahiyyətidir. Onun nə vaxt imzalanacağını və kimlərə şamil ediləcəyini yalnız Prezident müəyyənləşdirir. Hazırda komissiya iclasları keçirilmir. Əfv sərəncamının gələn il reallaşacağını ehtimal edirəm”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью