Bayramda ən bahalı güllər burada satılıb

09.03.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə ən bahalı gül buketlər bu il Cənubi Koreya, Ermənistan və Argentinada satılıb. Rusiya bu siyahıda 14-cü yerdədir.

“Cebheinfo.az” xəbər verir ki, siyahı 44 ölkədə yerli supermarketlərdə yeddi gül buketinin qiymətləri əsasında hazırlanıb. 

Lalələr və qızılgüllərdən hazırlanan ən bahalı buketlər Cənubi Koreyada satılıb - 28,6 dollar. İlk üçlükdə həmçinin Ermənistan (24,7 dollar) və Argentina (22,2 dollar) yer alıb.

Gül almaq üçün ən ucuz yer Bolqarıstandadır. Bu ölkədə bir buketin qiyməti 1,8 dollar olub.

Xəzər
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью