Bayramda sürət qatarları hansı qrafiklə çalışacaq? RƏSMİ CAVAB

11.03.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin 20-31 mart tarixlərində (Bayram gönləri) Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) verilən məlumata görə, iş və istirahət günlərinin ardıcıllığının təmin olunması məqsədilə Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliyə əsasən, 1 aprel tarixində qatarlar iş günlərinin qrafikinə uyğun hərəkət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью