Bayramdan sonra bölgələrdən paytaxta dönən sürücülərə DYP dən MÜRACİƏT

11.11.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə Avtosfer.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət intensivliyi artacaqdır.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhvali-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir:

"Xüsusilə, sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью