Bayramı harda keçirmək yaxşıdır: Bahalı Şamaxıda, yoxsa ucuz Dohada?

24.11.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanda "bərkgedən" hotellər yeni il üçün qiymətlərini açıqlayıblar, 2 gecəsi (31 dekabr – 1 yanvar) adambaşı 750-950 manat arasıdır. 

Turizm şirkətlərindən biri 28 dekabr – 1 yanvar arası, yəni 4 gecə/5 günlük Dohaya yeni il turları təklif edir. Adambaşı ortalama 750 dollar qiymət təklif olunur.

Qiymətə daxildir: 

– Aviauçuş
–Mehmanxanada gecələmə
– Səhər yeməyi əsasında qidalanma
- Sığorta
- Transfer qrup 

Otellər 5 ulduzludur, siyahıda "Cielo Hotel Lusail", "Steigenberger Hotel & Residence Shaza Doha", "City Centre Rotana Doha", "Doubletree by Hilton Doha Old Town" kimi gözəl hotellər var. Yəni 4 gücə 5 gün yeni ili Dohada keçirmək aviabilet daxil 750 dollar, yəni 1275 manatdır".

"Cebheinfo.az" xəbər verir ki,  bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki,  Şamaxıda 2 gün qalmsq,, bayram keçirmək üçün 950 manat ödənməlidir:

"İndi özünüz seçin, 2 gecə Şamaxıda qalmaq 950 manatmı, yoxsa 4 gecə Dohada qalmaq 1275 manatmı?! Şamaxıda günü (gecəsi) 475 manat, Dohada günü (gecəsi) 318 manat.."

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью