Bayramla bağlı Göyçaya getmişdi, dağda meyiti tapıldı

02.04.2025

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göyçayda itkin düşmüş şəxsin meyiti tapılıb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, martın 30-u itkin düşən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fuad Kərimovun meyiti dağlıq sahədə tapılıb.

Qeyd edilib ki, o, bayramla əlaqədar ata yurdu Göyçaya qonaq gedib. Lakin martın 30-dan sonra F. Kərimovdan xəbər almaq mümkün olmayıb. Bu gün isə onun üzərində xəsarətlər olan meyiti dağlıq ərazidən tapılıb.

52 yaşlı kişinin öz-özünə xəsarət yetirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью